18 Oktyabr 2024
Ölkə futbolu

“Səbail”in Rumıniya klubu ilə qarşılaşacağı vaxt bəlli oldu

“Səbail”in Türkiyə toplanışı çərçivəsində Rumıniyanın “Universitatya Kluj” klubuna qarşı keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, mövsümün ikinci yarısına Antalyada hazırlaşan Azərbaycan təmsilçisi ilk sınağına yanvarın 12-də çıxacaq.

Şahin Diniyevin rəhbərlik etdiyi kollektivin Rumıniyanın Superliqa klubu ilə “İS Santai Hotel”inin meydanında keçirəcəyi matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” ikinci yoxlama oyununu yanvarın 15-də Rusiyanın Premyer Liqa komandası “Fakel”ə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43