Kristofer Nkunku bir müddət meydanlardan uzaq qalacaq.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi”nin baş məşqçisi Poçettino fransalı oyunçunun zədəsi haqda bunları deyib:
“O, sabahkı oyunda iştirak etməyəcək. Ümid edirəm ki, bu dəfə uzun müddət komandadan uzaq qalmayacaq. Sevindirici hal odur ki, o eyni yerdən zədələnməyib”.
Nkunku bu mövsüm transfer olunduğu London klubunda cəmi 4 oyuna çıxa bilib.