“Qarabağ”ın futbolçusu Leandro Andrade karyerasını Çində davam etdirə bilər.
İdmanxeber.az “Record” nəşrinə əsasən xəbər verir ki, “Şanxay Şenxua” kabo-verdeli yarımmüdafiəçi ilə maraqlanır. Xəbərdə klublar arasında danışıqların davam etdiyi bildirilib.
Leandro 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. 24 yaşlı oyunçu bu mövsüm 31 oyunda 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

