“Yuventus”un sabiq qapıçısı Canluici Buffon bir futbol klubunun idman direktoru olmaq istədiyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə italiyalı özü açıqlama verib: “Bu sahədə işləmək üçün təkcə futbol təcrübəsi kifayət etmir. İstənilən səviyyədə idman meneceri üçün hüquqi, iqtisadi və idarəetmə hazırlığı əsasdır. Mənim bəxtim gətirib və karyeramda çoxlu hisslər keçirmişəm.
28 yaşında B Seriyasında “Yuventus” üçün üçün mübarizə aparmaqdan dünya çempionluğuna kimi uzun bir yolum, təcrübəm var. Bunlar məni əks etdirən nəticələrdir. Pul mənim üçün problem deyil. Çünki həmişə sonuncu məsələ olub”.