18 Oktyabr 2024
Dünya futbolu

Şahruddin “Beşiktaş”ın qələbə qazanmasına mane oldu – GENİŞ İCMAL

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə Superliqasında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda səfərdə “Beşiktaş”la qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

Şahruddin bu oyunda çıxışı ilə komandasının ən yaxşılarından olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43