”Avstraliya Open”də kişilərin mübarizəsində 2-ci finalçı da bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, dünya 3 nömrəsi Daniil Medvedev və Aleksandr Zverev qarşılaşıb. Zverev oyuna yaxşı başlayıb və ilk 2 seti aktivinə yazdırıb.
3-cü setdən sonra Medvedev oyunun axarını dəyişib. Rusiyalı tennisçi 2 set ardıcıl tay-breykdə qazanaraq hesabı bərabərləşdirib.
Son seti 6-3 qazanan Medvedev finalda Yannik Sinnerın rəqibi olub.