“Neftçi” heyətini iki amerikalı basketbolçu ilə gücləndirib.
İdmanxeber.az məlumat verir ki, sonuncu dəfə Xorvatiyanın “Omis” komandasında çıxış edən və 188 sm boya malik olan Uilis Alfonso Ninfas oyun qurucu mövqeyində oynayır.
Stüart De Ancelo Uilyam isə son olaraq Yunanıstanın “Megaridas” klubunun şərəfini qoruyub. 196 sm boya malik olan amerikalı basketbolçu 3 nömrə mövqeyində çıxış edir.