06 Oktyabr 2024
Dünya futbolu

Zeki Çelik yenidən Fransaya qayıdır

Zeki Çelik yenidən Fransaya qayıda bilər.

İdmanxeber.az jurnalist Canluka Di Marzioya əsasən xəbər verir ki, türkiyəli oyunçu üçün “Roma”ya həm “Marsel”dən, həm də “Qalatasaray”dan təklif gəlib. Ancaq Fransa klubunun təklifi “Roma”nı daha çox razı salıb. “Marsel” 26 yaşlı sağ cinah müdafiəçisini satınalma haqqıyla birlikdə icarəyə götürmək istəyir.

Zeki daha öncə 4 mövsüm “Lill”də çıxış edib. O, Fransa çempionatında 118 oyunda 6 qol vurub və 14 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43