18 Oktyabr 2024
Dünya futbolu

Mourinyo “Mançester Yunayted”ə qayıtmaq istəyir

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Joze Mourinyo yenidən komandaya rəhbərlik etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 61 yaşlı portuqaliyalı “qırmızı şeytanlar”dan təklif gözləyir. “Mançester Yunayted”in 25 faizlik səhmlərini satın alan yeni ortaq sahiblərinin də Joze ilə işləmək istədikləri iddia edilir. 

Mourinyo 2016-2018-ci illərdə “Mançester Yunayted”ə rəhbərlik edib. Komanda ilə bir dəfə İngiltərə Liqa Kubokunu, İngiltərə Super Kubokunu və Avropa Liqasını qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43