Hücumçu Alvaro Neqredo İspaniya “Kadis”indən ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı futbolçu 2020-ci ilin yayından bu komandada çıxış edir. Bu mövsüm o, 9 oyun keçirib və heç nə ilə yadda qalmayıb.
Neqredo “Sevilya”, “Valensiya”, “Almeriya”, “Mançester Siti” və “Beşiktaş kimi klublarda çıxış edib. Onun İspaniya millisində 21 oyunda 10 qolu var.