“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah”dan ayrılan Murad Musayev ilə bağlı paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis sosial şəbəkə hesabında rusiyalı həmkarına bu sözləri ünvanlayıb:
“Sizinlə rəqib olmaq möhtəşəm idi! Gələcək karyeranızda uğurlar arzulayıram”.
Qeyd edək ki, Murad Musayev yanvarın 30-da baş tutan Azərbaycan Kubokunun 1/4 finalının ilk oyununda “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra istefa verib.