“Qalatasaray” heyətini 2 oyunçuyla gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar” Karlos Vinisius və Serj Oryeni transfer etdiyini açıqlayıb.
Vinisius mövsümün sonuna qədər icarə əsasında “Fulhem”dən transfer edilib. Bu transfer üçün “Qalatasaray” London klubuna 600 min avro ödəyəcək.
İstanbul klubu Serj Orye ilə də bu ilin yayına qədər müqavilə imzalayıb. 31 yaşlı oyunçuya 600 min avro məvacib ödənəcək.