“Neftçi” Serbiya millisinin hücumçusu Milan Pavkovla anlaşıb.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “ağ-qaralar” 30 yaşlı forvardla cari mövsümün sonunadək müqavilə imzalayacaq. Hücumçu son olaraq Səudiyyə Ərəbistanının “Əl-Feyxa” komandasında forma geyinib.
Pavkov 2022-ci ilin yayından çıxış etdiyi klubunda 26 matçda cəmi bir dəfə fərqlənib.