Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turniri başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, turnirin sonuncu yarış günündə kişilər arasında -90 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elcan Hacıyev gümüş medal əldə edib. O, final görüşündə Türkiyəni təmsil edən Mihael Jqanka məğlub olub.
Son gün tatamiyə çıxan digər cüdoçularımız Vüqar Talıbov və Uşanqi Kokauri isə turniri medalsız başa vurublar.