27 Dekabr 2024
Ölkə futbolu

Azərbaycan Kubokunda ən yüksək məhsuldarlıq

Azərbaycan Kubokunun 1/4 final mərhələsində 32 qol vurulub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, yarışın 32 illik tarixində mütləq rekorddur.

Bu mərhələdə “Sabah” – “Qarabağ” (1:7, 4:3), “Sumqayıt” – “Neftçi” (2:3, 1:1), “Səbail” – “Zirə” (1:2, 0:3) və “Araz-Naxçıvan” – “Qəbələ” (1:1, 0:2) duelləri baş tutub. Bununla da 1/4 final mərhələlərinin ən yüksək məhsuldarlığı qeydə alınıb.

Əvvəlki illərdə rekord 2015/2016-cı illər mövsümündə reallaşıb. Həmin vaxt 4 cütdə 29 qol vurulub.

“Rəvan” “İnter”lə (2:1, 0:3), “Qarabağ” “Sumqayıt”la (2:0, 4:1), “Xəzər Lənkəran” “Neftçi” ilə (3:2, 0:2), “Zirə” “Qəbələ” ilə (1:2, 1:5) üz-üzə gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43