Asiya Kubokuna yekun vurulub.
İdmanxeber.az məlumat verir ki, dünən baş tutan final matçında İordaniya və Qətər yığmaları üz-üzə gəlib.
Qarşılaşma qətərlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri hər üç qolu penaltidən vurub. Əkrəm Afif 22, 73 və 90+5-ci dəqiqələrdə 11 metrlik zərbələri dəqiq yerinə yetirib.
Tarixində ilk dəfə finalda oynamaq hüququ qazanmış İordaniya yığmasında isə Yazan Əl-Naimat (67) fərqlənib.