“Liverpul” “Fulhem”in mərkəz müdafiəçisi Tosin Adarabioyonu istəyir.
İdmanxeber.az “90min” portalına istinadən xəbər verir ki, Adarabioyonun London klubuyla müqaviləsi yayda başa çatır və “Liverpul” 26 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır.
O, 2020-ci ildən “Fulhem”də çıxış edir.. Buna qədər isə müdafiəçi “Vest Bromviç” və “Blekbern”də oynayıb.