”Real Sosyedad” Takefuso Kubonun müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, Bask klubu yaponiyalı oyunçuyla 2029-cu ilə qədər yeni sözləşmə imzalayıb.
Kubo 2022-ci ildən “Real Sosyedad”da çıxış edir. Yaponiyalı bu mövsüm 27 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.