Azərbaycan Premyer Liqasında 23-cü turun oyunlarına bu gün keçiriləcək 2 görüşlə yekun vurulaub.
İdmanxeber.az məlumat verir ki, günün ilk matçında “Sumqayıt” “Turan Tovuz”u qəbul edib. Görüş başladığı kimi də bitib – 0:0.
Digər matçda isə 2 oyundur məğlub olan “Neftçi” “Zirə” ilə qarşılaşıb. Görüş “ağ-qaralar”ın minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Xallarını 35-ə yüksəldən “flaqman” 3-cü, “Zirə” isə 32 xalla 4-cü yerin sahibidir.
Xatırladaq ki, 23-cü turun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
17 fevral (şənbə)
16:00. “Sabah” – “Kəpəz” 3:2
Qollar: Martins Junior, 6 (0:1), Kahim Parris, 38 (1:1), Cesse Sekidika, 55 (2:1), Kristian Da Silva, 79 (3:1), Amil Yunanov, 84 (3:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Bank Respublika Arena”
18:30. “Səbail” – “Araz-Naxçıvan” 2:2
Qollar: Ramalinqom, 13 (1:0), Orxan Əliyev, 31(1:1), Orxan Əliyev, 35 (1:2), Ramalinqom, 61 (2:2)
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”
18 fevral (bazar)
15:30 “Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00 “Neftçi” – “Zirə” 1:0
Qol: Ervin Koffi, 11
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”