23 Sentyabr 2024
İdman

Böyük Dəbilqə: Millimiz birinci oldu

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqa” turniri başa çatıb.

İdmanxeber.az məlumat verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) qızıl, Camal Qamzatxanov (+100 kq) gümüş, Vüqar Talıbov (90 kq) isə bürünc medal əldə ediblər.

Bununla da milli komanda yarışı 8 medalla başa vurub.

Daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc mükafat qazanıblar.

Beləliklə, Azərbaycan millisi medal sıralamasında birinci olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43