23 Sentyabr 2024
Dünya futbolu

Bu dəfə “Braqa”nın üzü güldü

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda 22-ci tur çərçivəsində “Farense” ilə qarşılaşıb. 3 qolun qeydə alındığı matçda “Braqa” çətinliklə qələbə qazana bilib – 2:1. Bu qələbədən sonra komanda xalını 43-ə çatdırıb və 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” – “Braqa” oyunu 22-də keçiriləcək. Tərəflər arasında ilk oyunda Ağdam klubu Portuqaliyada qələbə qazanmışdı – 4:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43