23 Sentyabr 2024
Ölkə futbolu

Polşa klubundan ayrılan futbolçu Azərbaycanda oynayacaq

Azərbaycanlı futbolçu Orxan Fərəcov Polşanın IV liqa komandası “Troşin”dən ayrılıb.

İdmanxeber.az-a verilən məlumata görə, 23 yarımmüdafiəçi karyerasını ölkəmizdə davam etdirəcək. O, I Liqa təmsilçisi “İrəvan” klubu ilə anlaşıb. Tərəflər mövsüm sonuna qədər müqavilə imzalayıb.

Orxan artıq yeni klubuna qoşulub və komanda ilə məşqlərdə iştirak edir. 

Xatırladaq ki, futbolçu Polşa klubundan oturum izni ala bilmədəyi üçün oradan ayrılmağa məcbur qalıb. O, ötən ilin yayında “Troşin”ə transfer olunmuşdu. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43