“Qarabağ”ın futbolçusu Abdullah Zubir komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, Almaniyanın “Ausburq” və Şotlandiyanın “Seltik” klubu futbolçu ilə maraqlanır. Komandalar fransalı futbolçunu yayda transfer etmək niyyətindədir.
Fransa Liqa 1-də çıxış edən bir klubun da ona maraq göstərdiyi bildirilir.
Abdullah Zubirin “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.