22 Sentyabr 2024
Dünya futbolu

“Mançester Siti” Mbappeyə təklif göndərəcək

“Mançester Siti” PSJ-nin hücumçusu Kilian Mbappe ilə müqavilə bağlamaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” fransalıya “Real”dan yüksək maaş təklif etmək niyyətindədirlər. Fevralın 7-də Mbappenin Madrid klubundan 50 milyon avro maaş və 120 milyon imza bonusu istədiyi bildirilmişdi.

25 yaşlı hücumçu mövsüm sonu PSJ-dən ayrılacağını rəhbərliyə bildirib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43