22 Sentyabr 2024
Dünya futbolu

Upemakonu penalti edir, “Bavariya” məğlub olur

”Bavariya” üçün son vaxtlar işlər yaxşı getmir.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu son 3 görüşdə məğlub olub. Almaniya klubunun müdafiəçisi Dayo Upamekano isə son 2 görüşdə penalti edərək qırmızı kart alıb.

Fransalı müdafiəçi öncə ötən həftə keçirilən Çempionlar Liqasınfakı “Latsio”yla oyunda penalti edərək komandasının minimal hesablı məğlubiyyətinə səbəb olub – 0:1.

Dünənki “Bohum”la görüşdə yenə eyni səhvi təkrarlayan Upamekano bu dəfə rəqibin hesabdakı üstünlüyünü 2 topa çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43