Bugün Çempionar Liqasında 1/8 finalın daha iki ilk oyunu keçirilib.
İdmanxeber.az xəbər verir ki, “İnter” “Atletiko”nu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. PSV isə evdə Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb.
Bu komandalar arasında cavab qarşılaşmaları martın 14-ü oynanılacaq.
Qeyd edək ki, 1/8 finalın son iki ilk görüşü sabah olacaq.
20 fevral
00:00. “İnter” (İtaliya) – “Atletiko” (Madrid, İspaniya) – 1:0
Qol: Arnautoviç, 79
“Cüzeppe Meazza”
00:00. PSV (Niderland) – “Borussiya” (Dortmund, Almaniya) -1:1
Qollar: Malen, 24 (0:1), De Yonq, 56-pen. (1:1)
“Filips” stadionu