Kamil Zeynallı Ermənistanın sorğusu əsasında Moskvada saxlanılıb
İdmanxeber.az-ın məlumatına görə, bu barədə o, özü instaqram sosial hesabında videogörüntü yayıb.
Videogörüntüdə K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.
K.Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Kamil Zeynallının saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.