20 Sentyabr 2024
Dünya futbolu

“Real” Kataloniya klubundan hücumçu alır

“Real” “Espanyol”dan icarəyə götürdüyü hücumçu Joselunun birdəfəlik transfer edəcək

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı ispaniyalının transferi 1,5 milyon avroya başa gələcək. Joselunun icarə müddəti 2024-cü ilin yayında başa çatır və bunun üçün “Real” Kataloniya klubuna 500 min avro ödəyib.

Bu mövsüm “Real”in yetirməsi klubda 35 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43