Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcü çıxış etdiyi “Eyndhoven” klubunda növbəti qolunu vurub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçumuz Niderland 1-ci divizionunun 27-ci turunda səfərdə “Venlo” ilə oyunda fərqlənib. Əsas heyətdə meydana çıxan Kökcü 55-ci dəqiqədə qol vurub və 87-ci dəqiqədq əvəzlənib. Oyun isə heç-heçə başa çatıb – 2:2.
“Eyndhoven” bu heç-heçədən sonra xallarını 33-ə çatdırıb və 14-cü pillədə qərarlaşıb.