Azərbaycan Premyer Liqasının 24-cü turunun açılış matçında “Kəpəz” “Qəbələ”ni məğlub edib (2:1).
İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ” üzərindəki qələbədən sonra Gəncə klubunun rəhbərliyi soyunub-geyinmə otağında komanda üzvlərini təbrik edib.
İdarə Heyətinin sədri İlqar Nadiri futbolçuların layiqincə mübarizə apardığını bildirib. Bu işdə məşqçilərin əməyini önə çəkib.
Azarkeşlərin də qələbədə böyük pay sahibi olduğu vurğulanıb. Komandaya gələcək oyunlarda uğurlar arzulanıb.