20 Oktyabr 2024
Ölkə futbolu

Bölgə klubunda vacib qələbənin mükafatı da yüksək oldu

“Kəpəz” rəhbərliyi komandanın “Qəbələ” qalibiyyətinə (2:1) biganə qalmayıb.

İdmanxeber.az-a verilən məlumata görə, “sarı-göylər”də görüşə əsas heyət başlayan futbolçular 1500 manat mükafat alacaq. Oyuna sonradan daxil olanlara isə bu məbləğin 75 faizi, matçda iştirak etməyən futbolçulara isə təyin edilən “premya”nın yarısı ödənəcək.

Xatırladaq ki, bu qələbə ilə “Kəpəz” sonuncu sıradakı “Qəbələ”ylə xal fərqini 8-ə çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43