Azərbaycan Premyer Liqasında XXIV turun daha iki oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Turan Tovuz” doğma azarkeşlər önündə “Neftçi” ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə sona çatıb. “Ağ-qaralar” 36 xalla üçüncü, bölgə klubu 31 xalla səkkizində pillədə qərarlaşıb.
Digər matçda isə “Sabah” “Səbail”in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Səbail” xallarının sayını 34-ə çatdırıb və 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
24 fevral (şənbə)
15:00. “Turan Tovuz” – “Neftçi” 1:1
Qollar: Boqomolski, 72 (0:1), Fərid Nəbiyev, 88 (1:1)
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tovuz şəhər stadionu
17:30. “Səbail” – “Sabah” 2:0
Qollar: Aleksandr Ramalinqom, 52 (1:0), Samir Abdullayev, 90+2 (2:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”