AFFA Stanislav Çerçesova Azərbaycan millisinin baş məşqçi postunu təklif edəcək.
İdmanxeber.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, qurum rəhbərliyi təcrübəli mütəxəssislə rəsmi danışıq aparmağa hazırlaşır. İddia edilir ki, 60 yaşlı çalışdırıcı bu posta əsas namizəddir.
Çerçesov 2023-cü ilin yayında Macarıstanın “Ferentsvaroş” klubundan ayrıldıqdan bəri işsizdir.