06 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçuların Türkiyədəki duelindən qalib çıxmadı

Türkiyə I Liqası 28-ci turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Bəxtiyar Həsənalızadənin çıxış etdiyi “Tuzlaspor” yığmamızın digər üzvünün formasını geyindiyi “Ümraniyəspor”la qarşılaşıb.

Matç 1:1 hesabı ilə sona çatıb. Hər iki oyunçu da görüşün iştirakçısı olub. Həsənalızadə meydana start heyətində çıxıb və sona qədər oyunda qalıb. Görüşə ilk “11-lik”də başlayan Diniyev isə 90+5-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, “Ümraniyəspor” 34 xalla 11-ci, “Tuzlaspor” 28 xalla 16-cı sırada qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43