“Kəpəz” Premyer Liqanın 29-cu turu çərçivəsində keçiriləcək “Araz Naxçıvan” görüşünə itki ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Şakir Seyidov bu oyunda “sarı-göylər”ə kömək edə bilməyəcək. Buna səbəb futbolçunun cəzalı olmasıdır. Sarı vərəqə limiti dolduran oyunçu Naxçıvan klubuna qarşı meydanda ola bilməyəcək.
Xatırladaq ki, daha öncə komandanın aparıcı üzvlərindən olan Georgi Papunaşvilinin zədəsini sağaltdığı və baş məşqçinin şans verəcəyi təqdirdə, meydana ola biləcəyini vurğulamışdıq.

