06 İyun 2026
Dünya futbolu

“Napoli”nin kapitanı komandadan ayrıla bilər

”İnter” “Napoli”nin kapitanı Covanni Di Lorenzonu ttansfer etmək istəyir.

İdmanxeber.az məlumat verir ki, “nerazzurri” oyunçunun meneceriylə danışıqlara başlayacaq. Di Lorenzo Neapol klubundan ayrılmağı düşünür. Onunla “Mançester Yunayted” və “Aston Villa” da maraqlanır.

Di Lorenzo 2019-ci ildən “Napoli”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 40 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43