”Arsenal” Coşua Kimmixlə yaxından maraqlanır.
İdmanxeber.az məlumat verir ki, London klubu almaniyalı yarımmüdafiəçiyə 3 illik müqavilə təklif edib. Kimmixin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayında bitir.
2015-ci ildən “Bavariya”da çıxış edən Kimmix klubdan ayrılmağı düşünür. Münhen klubu onu bu yay sata bilər.

