FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
İdmanxeber.az məlumat verir ki, bir pillə irəliləyən Azərbaycan yığması 112-ci olub.
Komandamızın hesabında 1177,83 xal var.
Hazırda baş məşqçisiz olan millimiz Bakıda keçirilmiş “FIFA series – Edition 2024” turnirində Monqolustanı 1:0 hesabı ilə üstələyib, Bolqarıstan kollektivi ilə heç-heçə edib – 1:1.
Siyahıya son dünya çempionu Argentina (1855.2) başçılıq edir. Fransa (1845,44) ikinci, Belçika isə (1798,46) üçüncüdür.

