“Sabah” Premyer Liqanın 29-cu turunda qarşılaşacağı “Turan Tovuz” oyununa itkilərlə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisinin 3 üzvü – Kristian Sebalyos, Vinsent Till və Namik Ələsgərov bölgə klubuna qarşı çıxış edə bilməyəcək. Zədələri davam edən oyunçuların yaşıl meydanlara dönəcəyi tarix bəlli deyil.
“Turan Tovuz” – “Sabah” matçı aprelin 6-da, saat 16:00-da start götürəcək.

