“Bayer” Almaniya Kubokunda finala yüksəlib.
İdmanxeber.az məlumat verir ki, Leverkuzen klubu yarımfinalda “Fortuna”nı (Düsseldorf) 4:0 hesabıyla məğlub edib. Bu qələbəylə birlikdə “Bayer”in yenilməzlik seriyası 40 oyuna çatıb.
Xabi Alonsonun yetirmələri finalda Bundesliqa 2-də mübarizə aparan “Kayzerslautern”lə qarşılaşacaq. Final görüşü mayın 25-də keçiriləcək.

