“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qonaq olduğu yutub kanallarının birində Qurban Qurbanov barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, gənc mütəxəssis təcrübəli çalışdırıcı haqda xoş sözlər deyib:
“Qurban Qurbanov işə o qədər vaxt ayırır ki, bazaya birinci gəlir, axırıncı gedir. Nə vaxt bu adamı yığırsan rəqibin oyunlarına baxır, analiz edir. Bu gün Qurban müəllim “Whatsapp”da “story” paylaşmağı belə bilmir. “İnstaqram”ın nə olduğundan da xəbəri yoxdur. O qədər işin içinə girib, özünü sahəsinə fəda edib ki, onun yolunu getmək, elə bir məşqçi olmaq qeyri-mümkündür”.

