Bundesliqa klubu “Frayburq” transferlərə erkən başlayıb.
İdmanxeber.az məlumat verir ki, Almaniya klubu Eren Dinkçini heyətinə qatdığını açıqlayıb. Onlar bu keçid üçün “Verder”ə 5 milyon avro ödəyəcək.
Eren müqaviləylə “Verder”ə məxsus olsa da, bu mövsüm icarə əsasında “Haydenhaym”da çıxış edirdi. O, bu sezon “Bundesliqa”da 26 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

