08 İyul 2026
Kateqoriyasız Ölkə futbolu Premyer Liqa

“Qarabağ”la oyundan öncə “Neftçi”də SON DURUM

“Neftçi” Misli Premyer Liqasının 33-cü turunda səfərdə “Qarabağ”la qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” oyuna itkilərlə çıxacaq.

Belə ki, bərpa prosesi keçən Emil Balayevlə yanaşı Emin Mahmudov matçı buraxmalı olacaq. Müalicə prosesini davam etdirən Alfa Konte ilə bağlı qərar isə oyun günü məşqçi və tibb heyəti tərəfindən veriləcək.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” qarşılaşması sabah saat 19:30-da “Azərsun Arena”da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43