06 İyul 2026
Ölkə futbolu

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi müəyyənləşdi

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi müəyyənləşib.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərhələnin hər iki oyunu mayın 12-də, saat 18:00-da keçiriləcək.

“ASK Arena”da “Göyəzən” “Şimal”la, “ASCO Arena”da isə “Hypers” “Ümid”lə finala vəsiqə qazanmaq uğrunda üz-üzə gələcəklər.

Qeyd edək ki, AFFA Region Liqasının final matçı mayın 24-də, saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43