Azərbaycan II Liqasında 17-ci turun oyunları başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, “Füzuli” – “Kürmük Qax” oyunu məhsuldarlığı ilə digər matçlardan fərqli olub. Belə ki, “ASK Arena”da keçirilən oyunda qapılara 9 qol vurulub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 7:2.
“Füzuli”nin heyətində 7 qolun hamısını eyni futbolçu – Elvin Nəsibov vurub. Hücumçu ilk hissədə 3, ikinci yarıda isə 4 dəfə rəqib qapısına yol taparaq septa-trik edib.
Qeyd edək ki, Nəsibov bundan öncəki turda da 3 dəfə rəqib qapısına yol tapa bilmişdi.