27 İyun 2026
Dünya futbolu

“Napoli” fransalı hücumçu ilə danışıqlara başladı

“Kristal Pelas”da çıxış edən Jan-Filipp Mateta növbəti mövsüm İtaliyada oynaya bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Napoli” futbolçunun xidmətində maraqlıdır.

Neapol təmsilçisi 26 yaşlı forvardla danışıqlara başlayacaq. Rəhbərlik Matetanı Viktor Osimhenə alternativ görür.

Fransalı hücumçu bu mövsüm London klubunda 38 rəsmi matçda 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43