28 İyun 2026
Ölkə futbolu

AFFA avrokuboklar üçün 6 Premyer Liqa klubuna lisenziya verdi

Bu gün keçirilən AFFA-nın Lisenziya Komissiyasının iclasında Premyer Liqada çıxış edən 6 komandaya UEFA-nın klub yarışlarında iştirak üçün lisenziya verilib.

İdmanxeber.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və Zirə” 2024/2025 avrokuboklar mövsümü üçün lisenziya əldə ediblər.

“Səbail”, “Kəpəz”, “Araz-Naxçıvan” və “Qəbələ” kollektivlərinə isə lisenziya verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43