“Turan Tovuz”un yeni mövsüm üçün qapıçı axtarışında olduğunu xəbər vermişdik.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Qərb bölgəsi təmsilçinin transfer etmək istədiyi qolkiperin adına aydınlıq gəlib. Bu, “Kəpəz”in qapıçısı İqor Rodrigesdir.
Təcrübəli oyunçunun cari mövsümkü çıxışı “Turan Tovuz”un məşqçilər heyətinin rəğbətini qazanıb. Bu səbəbdən də rəhbərlik yayda portuqaliyalı üçün hərəkətə keçəcək.
Xatırladaq ki, Rodrigesin “Kəpəz”lə müqaviləsi mövsüm sonu başa çatacaq.

