ÇSKA-nın qapıçısı İqor Akinfeyev komandası ilə müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı oyunçu ilə yeni müqavilə 2026-cı ilə qədərdir. Qapıçının əvvəlki sözləşməsi bu yay başa çatırdı.
Akinfyev 2003-cü ildə ÇSKA-da debüt edib. Komanda ilə 6 dəfə Rusiya çempionu olub, 7 dəfə ölkə kubokunu eyni sayda da Superkuboku qazanıb.
2004/05 mövsümündə qapıçı CSKA ilə UEFA kubokunu əldə edib.