“Araz-Naxçıvan” klubu son mövsümü “Qəbələ”də keçirən Urfan Abbasovla müqavilə imzalayıb.
İdmanxeber.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü karyerası ərzində “Qəbələ” ilə yanaşı, “Səbail”in də formasını geyinib.